"Milan"nın qapıçısı Asmir Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb. Matc.az "Fox Sports"a istinadən xəbər verir ki, bosniyalı qolkiper isveçli oyunçu barədə xoş sözlər söyləyib.

Mövsümün yarısını icarə əsasında "Qarabağ"da keçirən Beqoviç İbrahimoviçlə oynamağın üstünlük olduğunu bildirib: "Onun kimi böyük futbolçu ilə oynamaq xoşdur. Komandaya yanvarda qoşuldu və dərhal soyunub-geyinmə otağında öz təsirini göstərdi. özündən və başqalarından daim inkişaf gözləyir. Oynadığım ən yaxşı futbolçulardan biridir".

Qeyd edək ki, İtaliya mətbuatı Beqoviçin komandadan ayrılacağını bildirir. O, mövsüm sonunda müqavilə ilə məxsus olduğu "Bornmut"a dönəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest