İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı, eləcə də növbəti mövsümün başlama tarixləri açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası (FIGC) məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, çempionatların taleyi barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında keçirilən iclasında verilib. Həmin qərara əsasən, A, B və C Seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır. çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatının dəyişdirilməsinin mümkünlüyünü də diqqətə çatdırıb. Hətta çempionatların vaxtından öncə yekunlaşdırılması da istisna edilmir.
 
Əvəzində səviyyəcə C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu elan edilib.
 
Əsas çempionatlarda 2019/20 mövsümü avqustun 20-nə qədər yekunlaşsa, həmin ayın 31-nə qədər də İtaliya kubokunda mövsümün başa çatdırılması nəzərdə tutulur.
 
Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, ardından ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi. Bu qərardan sonra İtaliyanın gənclər və idman naziri  Vinçentso Spadafora A Seriyasının taleyinə mayın 28-də baş tutacaq toplantıda aydınlıq gələcəyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest