Misirin paytaxt Qahirə şəhərində 4 nəfər silahlı şəxs maqazinə hücum edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, cinayətkarlar tanınmamaq üçün maraqlı yola əl atıblar.

Onlar Misir yığmasının və "Liverpul"un futbolçusu Muhammed Salahın maskasını taxıblar. Yaxındakı təhlükəsizlik kamerasına yaxalanan oğrular hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

Bu şəxslərin daha öncədən cinayətkar dəstəyə üzv olduğu məlum olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest