"Çox sevincliyəm. Bu anı gözləyirdim. Məşqlərə başlamaq, yenidən klub bazasına gəlmək üçün darıxmışdıq. Çox işimiz var. Qrup halında çalışsaq da, yaxın gələcəkdə kollektiv də hazırlaşa biləcəyik"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hazırlıqların başlamasına münasibət bildirib. Matc.az xəbər verir ki, klub saytına danışan almaniyalı mütəxəssis yaxın vaxtda komanda şəklində də məşq edəcəklərinə ümid etdiyini bildirib:

"çox sevincliyəm. Bu anı gözləyirdim. Məşqlərə başlamaq, yenidən klub bazasına gəlmək üçün darıxmışdıq. çox işimiz var. Qrup halında çalışsaq da, yaxın gələcəkdə kollektiv də hazırlaşa biləcəyik. İstirahət üçün yetərincə fasilə oldu. Ancaq hər şeyə rəğmən, mövsüm yenidən gərgin keçəcək. İki oyun çempionluğumuz üçün bəs edir. Lakin "Liverpul" bütün görüşləri o cür oynayacaq. çempionlar Liqası üçün mübarizə aparan və ya liqada qalmağa çalışan komandalardan daha yaxşı çıxış etmək istəyirik. Unutmayaq ki, hələ çempion deyilik. Bunun üçün mübarizə aparacağıq. Təəssüf ki, ən böyük gücümüz olan azarkeşlər olmayacaq".

Qeyd edək ki, Premyer Liqada komandalara kiçik qruplar şəklində məşqləri bərpa etməyə icazə verilib. Mersisaydırlar iki aylıq fasilədən sonra dünən hazırlıqlara başlayıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest