"Sportinq"in mərhələ adlayacağına şübhəm yoxdu. çox yaxşı kollektivə sahibdilər və avrokuboklarda heç də pis təsir bağışlamırlar. Bakı səfərində hədəfə çatmaq üçün bütün şərtlər "Sportinq"in lehinədi". Matç.az saytının məlumatına görə, bunu "Xəzər Lənkəran"ın sabiq portuqaliyalı futbolçusu Renato Keyruş deyib.

2008-09 mövsümündə ölkəmizdə çıxış etmiş keçmiş yarımmüdafiəçi ölkəsinin mətbuatına geniş açıqlama verib. O, Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Sportinq" görüşü öncəsi ölkəmiz haqda məlumat verib.

Renato "Xəzər Lənkəran"a transfer hekayəsini də yada salıb: "Həmin vaxt karyeramı Portuqaliyada davam etdirmək şansım var idi. Təkliflər almışdım. Lakin bir biznesmen mənə zəng vuraraq Azərbaycan klubunun maraq dairəsində olduğumu dedi, bu keçidə razılıq verib-verməyəcəyimi soruşdu. Açığı, bu dəvət mənim üçün sürpriz oldu. çünki həmin ölkə barədə heç nə bilmirdim. Komanda Avstriyada təlim-məşq toplanışında idi. Ora gedib bir həftə kollektivlə hazırlıq keçməyə və tanış olmağa razılaşdım. Mənim üçün hər şey yaxşı alındı və müqavilə imzaladım".

41 yaşlı mütəxəssis geridə qalan 10 ildə Azərbaycan futbolunun çox dəyişildiyini söyləyib: "Azərbaycan futbolunda çox dəyişiklik olub. Onların 2008-ci ildəki durumu ilə indini müqayisə etmək mümkün deyil. çünki o vaxt həm çempionat, həm də əksər klublar ilk addımlarını atırdılar. İndi komandaları daha yaxşı təşkilatlanıb, stadionları əvvəlkindən yaxşıdı və çempionluq yarışı başqa ölçüyə çatıb. Yəni 10 il əvvəl belə uzaq ölkəyə köçmək çətin idi. Futbol bazarı fərqli idi. Oyunçuların gedə biləcəyi yeganə yer Kipr idi. Avropa, Asiya və Amerikanın qalan hissəsi ilə bağlı variant, demək olar ki, mümkün deyildi. Amma tərəddüd etmədim, çünki müsbət aspektlər gətirəcəyini bilirdim. Düzdü, ora uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq oranın mədəniyyətini tanıdan və evini üzümə açan Füzuli ilə dostluq etdim. O deyirdi ki, oynamağa layiq olan yeganə futbolçu özüdü".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Sportinq" matçı 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest