"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu "Germistoncitynews" nəşrinə müsahibəsibə verib. Matc.az xəbər verir ki, o, "Kopenhagen"inə qarşı keçirdikləri çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə də danışıb:

"Qarabağ"ı dünyaya tanıtmağı planlaşdırırdıq. Həmin görüş bizim üçün çox önəmli idi. İlk hissə yaxşı çıxış etmədik. Fasilədə baş məşqçimiz rəqibin basqılı oynayacağını və bir-iki dəfə müdafiədə səhv edəcəklərini dedi. İkinci hissənin başlamasından 6 dəqiqə sonra qol vurdum".

Karyerasına "Platinum Stars Academy"də başlayan Dino həmin vaxt məşqə getmək üçün pulunun olmadığını söyləyib:

"Yohannesburqun mərkəzinə getmək üçün səhər 6-da oyanırdım. Daha sonra geri qayıtmaq üçün taksiyə minirdim. Səhər tezdən oyanmağıma baxmayaraq hər gün məşqə gec çatırdım. Son çarəm park stansiyasında yatmaq oldu. Məni meyvə satan satıcı oyatdı. Ona vəziyyəti izah etdim. Mənə banan, alma, armud və 20 rand pul verdi. Bunu heç vaxt unutmayacağam. Həmin gün taksiyə mindim. Baş məşqçi Rhulani Mokvena həmin gün mənə evə qayıtmaq üçün 200 rand verdi və karyeram başladı".

Qeyd edək ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest