"Penaltini qola çevirəcəyimdən əmin idim, ona görə də topu götürdüm. Ancaq buna baxmayaraq, asan olmadı. çünki rəqib qırmızı vərəqə aldığı üçün oyun xeyli dayandı"

Matc.az xəbər verir ki, bu sözləri "Ersgebirge"də çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov II Bundesliqanın 26-cı turunda evdə "Sandhauzen"ə qarşı 3:1 hesabı ilə qazanılan görüşdən sonra klub saytına deyib. O, komandasının qələbəyə layiq olduğunu bildirib: "Rəqib azlıqda qaldı və bizim üçün yaxşı fürət idi. Meydanda onlardan daha çox qaçdıq. Fikrimcə, layiq olan komanda qələbə qazandı".

30 yaşlı futbolçu görüşün tamaşaçasız oynanmasına da münasibət bildirib: "Sözsüz ki, azarkeşlər üçün darıxırıq. Bu durumun nə qədər davam edəcəyini heç kim bilmir. Belə oynamaq bütün komandalar üçün çətindir. ümid edirəm ki, yaxın vaxtda onları da stadionlarda görəcəyik".

Qeyd edək ki, Dimitri Nazarov görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 5-ci dəqiqəsində komandasının qazandığı penaltini qola çevirib.

26 turdan sonra 37 xala malik "Ersgebirge" 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest