Almaniya Bundesliqasının 26-cı turunda Berlinin "Yunion" klubu "Bavariya"nı qəbul edəcək.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Yunion"un baş məşqçisi Urs Fişer sözügedən matçda komandasına rəhbərlik edə bilməyəcək.
 
Ailəvi səbəblərə görə İsveçrəyə gedən Fişer, geri qayıtdıqdan sonra iki dəfə koronavirus testindən keçməli olacaq.
 
"Yunion" – "Bavariya" matçı bu gün, saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest