Türkiyə Futbol Federasiyasının prezidenti Nihat özdəmir Super Liqanın nə olur olsun, davam etdiriləcəyini deyib.
 
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, özdəmir, komandaların üzvlərində koronavirus aşkarlansa belə, Super Liqanın davam etdiriləcəyini bildirib:
 
"Liqalar 12 iyunda başlamasa, bunun 19-u, 26-sı, iyulun əvvəli var. Liqaların oynanılmama ehtimalını düşünmək istəmirik. Oynayaraq Super Liqada mövsümü bitirəcəyik. Səhiyyə Nazirliyi ilə görüşdük və bizə "siz bir qurumsuz və özünüz qərarlar ala bilərsiz" dedilər. Komandalar daim testlərdən keçəcək. Koronavirus aşkarlanan futbolçular komandalarından ayrılıb, karantinə alınacaq. Bundesliqada komandalarda 14 futbolçu qalsa belə, liqanın davam etdiriləcəyi qeyd olunur. Bizim də hədəfimiz budur".
 
Almaniya Bundesliqası dünəndən yenidən start götürüb. Türkiyə Super Liqasının da iyunun 12-dən bərpa olunacağı açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest