Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən təşkil olunan Libertadores və Sudamerikana kubokunun matçlarına bəzi qadağalar tətbiq edilib.
 
Matc.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. KONMEBOL koronavirus pandemiyasına görə bir sıra tədbirlər aldıqlarını açıqlayıb.
 
Yeni qərarlara görə, Libertadores və Sudamerikana kubokunun oyunları zamanı futbolçuların topu öpməsi, tüpürməsi və forma dəyişdirməsi qadağandır.
 
Oyunlardan əvvəl futbolçular, məşqçilər və hakimlər koronavirus testləri verəcək. Meydandan kənarda və mətbuat konfranslarında da maska taxmaq məcburi olacaq.
 
Libertadores və Sudamerikana kuboku koronavirusa görə mart ayından dayandırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest