"Tottenhem"in futbolçusu Son Hın Min Cənubi Koreyada hərbi xidmətdən keçdikdən sonra İngiltərəyə qayıdıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 
 
Onun koronavirus testinin nəticəsi müsbət olacağı təqdirdə, karantində qalacaq. 27 yaşlı hücumçuda pandemiya aşkarlanmasa, o, gələn həftədən klubun bazasında fərdi məşqlərə başlayacaq.
 
Xatırladaq ki, Son 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest