⁣Xəbər verdiyimiz kimi, ötən gün "Zirə" PFK-nın kollektivi COVİD-19 (koronavirus) testi verib.
 
Matc.az xəbər verir ki, məşqçilər, futbolçular, inzibati və tibbi heyətdən götürülən testlərin heç birinin nəticəsi pozitiv çıxmayıb.⁣⁣ Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xatırladaq ki, daha öncə "Qarabağ", "Sabah" və "Neftçi"də də hər kəs koronavirus testindən keçib. "Neftçi" də bütün nəticələrin neqativ çıxdığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest