İngiltərənin səviyyəcə 4-cü çempionatı sayılan "League Two"da 2019/20 mövsümü ilə bağlı qərar verilib.
 
Matc.az xəbər verir ki, sözügedən liqada koronavirus pandemiyasına görə yarımçıq qalmış cari mövsüm ləğv olunub.
 
Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
3-cü liqaya yüksələcək və aşağı dəstəyə düşəcək komandalarla bağlı isə hələlik rəsmi qərar qəbul olunmayıb. Bunun turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşdiriləcəyi gözlənilir.
 
Qeyd edək ki, İngiltərədə yerli liqalar martın 13-də dayandırılıb. Gələn həftə isə səviyyəcə 3-cü çempionat sayılan "League One" ilə bağlı yekun qərar veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest