Koronavirus pandemiyasına görə yarıda qalmış futbol üzrə Bolqarıstan çempionatında mövsümün taleyinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, bu ölkədə milli çempionat iyunun 5-də bərpa olunacaq.
 
ölkə rəhbərliyi göstərilən tarixdən etibarən həm yüksək liqanın, həm də birinci divizionun davam etdirilməsinə razılıq verib. Lakin bu mövsümün sonuna qədər bütün oyunlar azarkeşsiz keçiriləcək.
 
Bu gündən – mayın 15-dən etibarən komandalar məşqləri də bərpa edəcəklər. Lakin hələlik futbolçular xüsusi qruplar halında, sosial məsafəni qorumaq şərtilə məşq edəcəklər. Komanda halında məşqlərə bu ayın sonunda icazə veriləcək.
 
Qeyd edək ki, Bolqarıstan çempionatında geridə qalan 24 tur ərzində 55 xal toplamış "Ludoqorets" zirvədə qərarlaşıb. Bu komandanın əsas izləyiciləri olan "Lokomotiv" (Plovdiv), "Sofiya" (Levski) və çSKA (Sofiya) isə 46 xala malikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest