Rusiya Premyer Liqasında X tura start verilib. Matç.az saytının məlumatına görə, açılış oyununda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Krılya Sovetov" "Dinamo"nu qəbul edib.

Samara təmsilçisi yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında keçirdiyi ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Yeganə qola 51-ci dəqiqədə Sergey Kornilenko imza atıb.

Bojoviç debüt oyununda həmyerlimizə ehtiyac duymayıb. Şeydayev qarşılaşmanı ehtiyatdan izləyib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Krılya Sovetov" turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest