Futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında bu gün baş tutan videokonfransda mövsümün taleyi ilə bağlı yekun qərar verilib.
 
Qərara əsasən, ölkə çempionatın iyunun 13-də bərpa olunacağı bildirilib. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
 
Digər qərara əsasən, İtaliyada klublar mayın 18-dən etibarən komanda şəklində məşqlərə başlaya biləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest