"Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdı"

"Neftçi"nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib. Matç.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.

- Hazırda komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?

- Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.

- özünüzü "Neftçi"də necə hiss edirisiz?

- çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.

- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?

- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.

- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?

- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.

- Növbəti rəqib "Sabah" haqda nə deyə bilərsiz?

- çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.

- Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?

- Əlbəttə! "Neftçi"nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest