İtaliyanın "Fiorentina" klubunda koronavirusa yoluxan futbolçulardan birinin kimliyi bəlli olub.
 
Matc.az xəbər verir ki, bu, müdafiəçi Martin Kaseresdi. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
"Fiorentina"dan 33 yaşlı müdafiəçinin koronavirus testinin müsbət nəticələndiyi təsdiqlənib.
 
Florensiya klubu 6 üzvündə virus aşkarlandığını açıqlayıb. Bunlardan üçü futbolçudu.
 
Karyerası ərzində "Yuventus", "Barselona", "Latsio" kimi klublarda çıxış edən Kaseres, 2019-cu ilin avqustundan "Fiorentina"dadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest