Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə çexiya çempionatının da taleyinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, turnirin davam etidirlməsinə qərar verilib. Bu barədə elita təmsilçiləri arasında səsvermə keçirilib. Klubların 13-ü mövsümün davam etdirilməsini istəyib. Yalnız 3 klub buna qarşı çıxıb - "Karvina", "Opava" və "Zlin".
 
Beləliklə, qarşılıqlı razılığa əsasən, çexiya yüksək liqası mayın 23-dən etibarən davam etdiriləcək. İki aylıq fasilədən sonra ilk qarşılaşma "Teplitse" ilə "Slovan" arasında olacaq. Hansı ki, bu oyun 23-cü turdan təxirə salınmış yeganə qarşılaşma idi. Mayın 25-dən etibarən isə 25-ci turun qarşılaşmalarının keçirilməsi nəzərdə tutulur.
 
Bütün oyunlar azarkeşsiz keçiriləcək. Hər şey plan üzrə getsə, mövsümə iyulun 15-də yekun vurulacaq.
 
Fortuna Liqada 24 oyuna 58 xal toplamış Praqa "Slaviya"sı liderdi. "Viktoriya" 50 xalla ikinci, "Yablonets" 40 xalla üçüncüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest