"Keşlə"nin sabiq baş məşqçisi, hazırda "Vorskla"nı çalışdıran Yuri Maksimov Ukrayna klubu ilə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
51 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi ilə müqavilənin müddətini daha bir il uzadıb.
 
Qeyd edək ki, ötən ilin noyabrında "Vorskla"ya baş məşqçi təyin olunan ukraynalı mütəxəssis 2017/18 mövsümündə "Keşlə"ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest