Türkiyə Super Liqasında mübarizə aparan daha iki klub koronavirus pandemiyası səbəbindən fasilə verdiyi məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, "Ankaragücü" və "Gənclərbirliyi" klubları bu gündən hazırlığa başlayıb.
 
"Gənclərbirliyi"nin yaydığı məlumatda bildirilir ki, futbolçular hələlik iki qrupa bölünüb. İlk qrup səhər, digəri isə axşam saatlarında klub bazasına gələrək məşq edir. Bütün futbolçular sosial məsafə qaydalarını gözləmək şərtilə hazırlaşır.
 
"Ankaragücü"ndə də futbolçuların sosial məsafə və gigiyena qaydalarına əməl etdikləri bildirilib.
 
Qeyd edək ki, Super Liqanın əksər klubları mayın əvvəlindən məşqləri bərpa ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest