Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan Premyer Liqasında ən çox qolsuz heç-heçə edən komandaların siyahısını açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qolsuzluq baxımından ən yüksək göstərici "Zirə"yə məxsusdu - 9,6 faiz.
 
İkinci sırada "Keşlə" (9,6 faiz) qərarlaşıb. "Qəbələ" və "Sumqayıt" 8 faizlik göstərici ilə 3 və 4-cü yerləri bölüşdürür.
 
"Neftçi"nin qolsuz matçlarının nisbəti 7,9 faizdir. Son illərin çempionu "Qarabağ" isə Azərbaycan klubları arasında oyunlarında ən az "quru hesab" qeydə alınan komandadı.
 
Premyer Liqanın digər iştirakçıları - "Səbail" 2016-cı, "Sabah" isə 2017-ci ildə yarandığından onların adları siyahıya salınmayıb.
 
CİES ən çox qolsuz heç-heçə qeydə alınan ölkələrin çempionatlarını da müəyyənləşdirib. Azərbaycan Premyer Liqası 8,6 faizlik göstərici ilə Avropada 20-ci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest