"çelsi" transfer dönəmində 4 oyunçu ilə yollarını ayıracaq. Matc.az xəbər verir ki, komanda heyətə yeni futbolçular cəlb etmək üçün bu addımı atacaq.

Məlumata görə, Kurt Zuma, Emerson, Ross Barkli və Mişa Batşuai satışa çıxarılacaq.  Rəhbərlik bu oyunçuların satışından 113 milyon avro gəlir əldə etmək niyyətindədir. Bununla da klub komandaya yeni isimlər cəlb edəcək.

Qeyd edək ki, London təmsilçisi "Leytpsiq"in hücumçusu Timo Verner və "Lion"da çıxış edən Musa Dembeleni transfer etməyi düşünür.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest