İspaniyanın "Alaves" klubunda məvaciblər koronavirus pandemiyası əlaqədar azaldılıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, klubda çalışan hər kəsin, eləcə də futbolçu və məşqçi heyətinin maaşları pandemiyanın yaratdığı iqtisadi çətinliklərlə əlaqədar azaldılıb. Dəqiq rəqəmlər açıqlanmasa da, bu vəziyyətin çempionat bərpa olunana qədər davam edəcəyi bəyan olunub.
 
Qeyd edək ki, koronavirusa görə mart ayında dayandırılan İspaniya La Liqasının iyundan etibarən bərpa olunması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest