Almaniyanın "Köln" klubu gənc futbolçusu Noah Katterbaxla müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik yeni müqaviləyə imza atıblar. 
 
Gənc müdafiəçi 2019/20 mövsümünün geridə qalan hissəsində 12 oyuna çıxıb, 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
 
Katterbax "Köln"ün öz yetirməsidi. O, əsas komandada 2019-cu ilin oktyabr ayında rəsmi debüt edib.
 
19 yaşlı futbolçu Almaniyanın U-19 yığmasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest