Topaz Premyer Liqasında XIII turun hakim təyinatları Alik Yunusovun "Qarabağ" – "Keşlə" oyununa təyinat alması ilə diqqət çəkib. Matç.az saytı xəbər verir ki, son illərdə əsasən divizion və əvəzedicilərin çempionatında, bəzən ölkə kubokunun ilkin raundlarında baş hakimlik edən referi Premyer Liqaya qayıdıb.

Yunusovun qayıdışı uzun müddətdən sonra gerçəkləşməsi ilə diqqət çəkir. O, 4 il 8 aydan sonra Premyer Liqada fit çalacaq.

2011/12 və 2013/14 mövsümlərində elitada etimad göstərilən referi 4 mövsüm belə yüksək səviyyədə oyun idarə etmirdi. Onun Premyer Liqadakı son matçı 2014-cü il aprelin 12-də keçirilib.

Maraqlıdı ki, onda da Yunusov "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionundakı ev oyununu idarə edib. Həmin vaxt Ağdam klubu "Rəvan"ı 5:1 hesabı ilə məğlub edib. Yunusov 1695 gün sonra eyni komandanın eyni stadiondakı görüşünü idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest