"Lion" çempionlar Liqasının son turunda Donetsk "Şaxtyor"u ilə matça çıxmaya bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klubun prezidenti Jan-Mişel Olyas deyib.

O bildirib ki, Ukraynadakı məlum vəziyyətlə əlaqədar həmin ölkəyə səfərləri baş tutmaya bilər: "Vorskla" – "Arsenal" görüşünün yerinin dəyişdirildiyini bilirik. Biz isə Ukraynadakı siyasi duruma görə, ora yollanmaya bilərik. çünki ora uçmaq üçün təyyarə tapmaq çətindi. Bununla bağlı son qərarı UEFA verəcək".

Qeyd edək ki, "Şaxtyor" – "Lion" oyunu dekabrın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest