Liqa 1-in rəsmi saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.
 
Matc.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba 1-ci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib.
 
Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.
 
Qeyd edək ki, Droqba Fransada "Le-Man", "Genqam" və Marsel "Olimpik"ində oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest