Maksim üçün də sabahkı qarşılaşma yubiley xarakteri daşıyacaq. 80-ci oyununa çıxacaq müdafiəçi rekordçudan 20 qarşılaşma geri qalır. Qara isə hələ 72 oyun keçirib.

Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək V turunun "Sportinq"lə ev oyunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq. Matç.az saytı xəbər verir ki, avrokuboklarda 100-cü oyununu keçirəcək müdafiəçi ən yaxın izləyiciləri komanda yoldaşları Maksim Medvedevlə Qara Qarayevdi.

Maksim üçün də sabahkı qarşılaşma yubiley xarakteri daşıyacaq. 80-ci oyununa çıxacaq müdafiəçi rekordçudan 20 qarşılaşma geri qalır. Qara isə hələ 72 oyun keçirib.

ümumiyyətlə Azərbaycanın yalnız 6 futbolçusu avrokuboklarda 50 matç səddini keçib. Onlardan biri milliləşən braziliyalı Riçard Almeydadı.

Avrokubokda 50-dən çox oyun keçirənlər

yer

futbolçu

oyun

1.

Rəşad Sadıqov

99

2.

Maksim Medvedev

79

3.

Qara Qarayev

72

4.

Rəşad Sadiqov

71

5.

Riçard Almeyda

64

6.

Bədavi Hüseynov

54

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest