İspaniyanın "Real Sosyedad" klubunun futbolçusu Aleks Remiro koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 25 yaşlı qapıçının koronavirus testinin müsbət çıxdığı bildirilib. Remiro bir müddət karantində qalacaq.
 
İspaniya da artıq klublar məşqlərə başlayıb. Remiro, virus səbəbindən bir müddət "Real Sosyedad"ın məşqlərində iştirak etməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest