İclasda 2019/2020 mövsümünün bərpası və televiziya hüquqlarının yayımçılara verilməsinin detalları müzakirə olunacaq. Sonuncu toplantıda mövsümün tamamlanması və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək. Matc.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.

İclasda 2019/2020 mövsümünün bərpası və televiziya hüquqlarının yayımçılara verilməsinin detalları müzakirə olunacaq. Sonuncu toplantıda mövsümün tamamlanması və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.      

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest