"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger  Yurgen Klopp barədə danışıb. Matc.az xəbər verir ki, fransalı mütəxəssis almaniyalı çalışıdırıcının ünvanına xoş sözlər söyləyib:

"Klopp əla bir iş gördü, "Liverpul" 30 ildir bu kuboku gözləyirdi. "Mançester Siti" ilə 25 xal fərq yaratmaq böyük göstəricidir. İngiltərədə hansı qərarın verilməsindən asılı olmayaraq, "Liverpul"un hamı tərəfindən çempion kimi qəbul edildiyinə inanıram"

Xatırladaq ki, Premyer Liqada mövsüm koronavirus pandemiyası səbəbindən dayandırılıb. Mersisaydlar ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest