"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi aşağı liqa təmsilçisi "Gölcükspor"un yarımmüdafiəçisi İsmail Yükseki transfer edib. 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, gənc futbolçu bu mövsüm 26 oyuna 8 qol vuraraq komandasının bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest