"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı almaq niyyətində deyil. Matc.az "Marca"ya istinadən xəbər verir ki, ötən yay futbolçunun agenti ilə danışıqlar aparılsa da, transfer baş tutmayıb.

Məlumata görə, hazırda "kral klubu"nun hədəfində iki oyunçu var – "Renn"nin 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa və Nqolo Kante.

Rəhbərlik komandaya gəlmək üçün Pogbanın maaşının azaldılmasını müzakirə etməyə hazır olduğunu bilsə də, koronavirus pandemiyası dövründə xərcləri azaltmaq niyyətindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest