"Yuventus"un və "Milan"ın sabiq futbolçusu Alessandro Matri karyerasını bitirib.
 
Matc.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu özü açıqlama verib.
 
Matri, futbolçu karyerasını yekunlaşdırdığını deyib. Karyerası ərzində "Yuventus", "Milan", "Latsio", "Cenoa", "Breşiya" kimi klublarda çıxış edən Matrinin son iş yeri "Sassuolo" olub.
 
Matri 7 dəfə də İtaliya milli komandasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest