Sabah Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Matç.az saytı xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" növbəti görüşünü keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşacaq. Bu, Azərbaycan çempionunun qrupda son ev matçı olacaq.

"Qarabağ" 1/16 final şansını qorumaq üçün mütləq qələbə qazanmalıdı. Yarışa uğursuz başlayıb ardıcıl 3 məğlubiyyət alan Ağdam klubu ilk xallarını üç həftə əvvəl Ukraynada əldə edib. Doğma azarkeşlər önündə xal qazanmayan komanda Bakı Olimpiya Stadionuna toplaşacaq tərəfdarlarını sevindirməyə çalışacaq.

Xal itkisi təmsilçimizi qrupda saxlayacaq. Portuqaliya klubu isə digər oyunların nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqəni təmin edə bilər. Qonaqlar bunun üçün qalib gəlməlidi.

Rəşad Sadıqovun avrokuboklarda 100-cü oyunu ilə əlamətdar olacaq görüşdə qazanılacaq qələbə ilklə yadda qala bilər. çünki indiyədək Bakı Olimpiya Stadionunda avrokubok qələbəsi yaşanmayıb.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu saat 21:55-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, V tur
E qrupu, 29 noyabr
21:55. "Qarabağ" (Azərbaycan) – "Sportinq" (Portuqaliya)

Baş hakim: Petr Ardeleanu
Baş hakimin köməkçiləri: Petr Blazey, Tomas Mokruş
Dördüncü hakim: Yan Patak
Əlavə köməkçi hakimlər: Zbinek Proske, Emanuel Marek  (hamısı çexiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: David Makdauel Zor (Sloveniya)
Bakı Olimpiya Stadionu

1

Arsenal

4

3

1

0

8-2

10

2

Sportinq

4

2

1

1

4-2

7

3

Vorskla

4

1

0

3

4-7

3

4

Qarabağ

4

1

0

3

1-6

3

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest