Azərbaycanın U-19 millisinə çağırılması gündəmdə olan Orkun Kökçü Türkiyəyə köçə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi "Beşiktaş"ın maraq dairəsindədi.

Hazırda "Feyenoord"da çıxış edən Orkun üçün İstanbul nəhəngi qarşı tərəfin qapısını döyüb. Hollandiyanın aşağı yaş qrupu üzrə yığmasının formasını geyinən orta sahə oyunçusu özü də bu keçidin əleyhinə deyil. "Feyenoord" isə futbolçusunun transfer qiymətinin 1,5 milyon avro olduğunu açıqlayıb.

Qeyd edək ki, Orkun Kökçünün qardaşı Ozan Can Kökçü U-21 millimizin üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest