çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk günü polşalı Robert Levandovski üçün əlamətdar hadisə ilə yadda qalıb. Matç.az saytı xəbər verir ki, "Bavariya"nın hücumçusu qitənin ən nüfuzlu klub turnirində yubiley – 50-ci qoluna imza atıb.

"Benfika" ilə görüşdə (5:1) fərqlənən Levandovski ardınca dublunu rəsmiləşdirməklə 51-ci qolu da vurub. Bununla da Robert turnirin əsas mərhələlərində vurulan qolların nəzərə alındığı "50-lər" klubuna daxil olub. O, siyahıya düşən 7-ci futbolçudu.

çempionlar Liqasında "50-lər" klubu

1. Kriştianu Ronaldo (MY, Real, Yuventus)- 121
2. Lionel Messi (Barselona) – 105
3. Raul Qonzales (Real, Şalke) – 71
4. Kərim Benzema (Lion, Real) - 59
5. Ruud van Nistelroy (PSV, MY, Real) – 56
6. Robert Levandovski (Borussiya D, Bavariya) -  51
7. Tyerri Anri (Monako, Arsenal, Barselona) – 50.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest