"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyektlərin sırasındadı. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarım əsrdən çox tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb.

 

Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci formunun ilk zona toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir növbəti illərdə arenanın təmir olunacağına inandığını bildirib.

 

Qeyd edək ki, 25 min tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest