İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqa bərpa olunsa belə, bu ilin sonuna qədər ev oyunlarına azarkeş buraxmayacaq.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" ən azı 6 ay "Old Trafford"da boş tribunalar qarşısında oynamağı hədəfləyir. Bu barədə yerli "Mirror" nəşri məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, klub ilk növbədə futbolçu və məşqçi heyətinin, eləcə də digər çalışanların sağlığı üçün belə bir addım atır. Ən pis ssenariyə görə, klub hətta 2021-ci ilin fevral ayına qədər azarkeşsiz qalmağa da razıdı.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə martın 13-dən təxirə salınıb. 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı isə hələ də dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest