Adı "Milan"la yanaşı çəkilən "Leyptsiq"in keçmiş baş məşqçisi Ralf Ranqnik açıqlama verib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, "qırmızı-qaralar"ın onunla maraqlandığını təsdiqləyib:
 
"Milan" mənimlə əlaqə saxladı, lakin koronavirusun yayılmasından sonra diqqət edilməsi lazım olan başqa məsələlər ortaya çıxdı. Mənim klub üçün uyğun olub-olmamağım da bu məsələlərə daxil idi. Hər şey kluba bağlıdı, mən işin maliyyə tərəfini düşünmürəm".
 
Karyerası ərzində "Zalsburq", "Şalke", "Leyptsiq" kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi "Nyu York Red Bullz"da skaut rəhbəri vəzifəsində işləyir.
 
"Milan"ı hazırda Stefano Pioli çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest