"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "İnter" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Antonio Konte qışda komandaya qoşulan Kristian Eriksenin çıxışından məmnun deyil. Bu səbəbdən də italiyalı mütəxəssis fransalı oyunçunu transfer etməyi düşünür. Poqbanın daha öncə "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilirdi.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2019/20 mövsümündə 8 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest