Almaniyanın "Bavariya" klubunun futbolçuları koronavirus testindən keçiblər.
 
Matc.az xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.
 
Qeyd edək ki, Almaniya Bundesliqasında 2019/20 mövsümünün mayın 9-dan etibarən bərpa olunması gözlənilir. Almaniya hökumətinin buna icazə verib-verməyəcəyi isə mayın 6-da açıqlanacaq qərardan sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest