İngiltərə Premyer Liqasında mövsümün qalan oyunları Avstraliyada keçirilə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
 
Futbol meneceri Qeri Uilyams, Premyer Liqa rəhbərliyinə oyunları koronavirusdan güclü zərər görməyən və təhlükəsiz yer olan Avstraliyanın Pert şəhərində keçirməyi təklif edib.
 
Artıq bir neçə Premyer Liqa klubunun bu təklifi müsbət qarşıladığı bildirilib. Uilyams, növbəti həftə İngiltərə hökumətiylə danışıqlar aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest