İspaniyanın baş naziri Pedro Sançes koronavirusa görə dayandırılmış La Liqanın bərpasıyla bağlı danışıb.
 
Matc.az xəbər verir ki, TMW-yə açıqlama verən Sançes, futbolun yenidən başlayacağına ümid etdiyini deyib:
 
"ümid edirəm ki, futbol tezliklə geri qayıdar. La Liqanın bərpa olunması liqa və federasiya rəhbərliyinin verəcəyi qərara bağlıdır. Hazırda La Liqada mövsümü oynayaraq bitirməyə inam var".
 
La Liqa martın 12-dən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest