İtaliyanın daha iki klubu məşqlərini bərpa edəcək.
 
Matc.az xəbər verir ki, "Parma" və "Roma" da gələn həftədən hazırlığı bərpa edəcək.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. "Roma" dəqiq tarix açıqlamasa da, "Parma" mayın 4-dən məşqləri bərpa edəcəyini açıqlayıb. Hər iki klub futbolçuların təlim-məşq bazasında sosial məsafəni qorumaq şərtilə fərdi qaydada məşq edəcəyini bəyan edib.
 
Bundan əvvəl "Sassuolo" və "Bolonya" da müvafiq olaraq mayın 4 və 5-də məşqləri bərpa edəcəklərini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest