"Qəbələ" UEFA-nın Gənclər Liqasında çıxışını başa vurub. Matç.az saytı xəbər verir ki, çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar" II mərhələni adlaya bilməyib.

U-19-lar arasında Azərbaycan çempionu bu gün Almaniyanın "Herta" klubu səfər matçını keçirib. üç həftə əvvəl Qəbələdə 1:3 hesabı ilə məğlub olan Emin İmaməliyevin yetirmələri cavab görüşündə möcüzəni reallaşdıra bilməyib.

Təmsilçimiz matça fəal başlayıb penalti qazansa da, bu imkanı qaçırıb. Meydan sahibləri isə 11 metrlik nöqtədən vurulan qolla qarşılaşmadan qalib ayrılıb.

Gənclər Liqası

çempionlar yolu

II mərhələ, cavab oyunu

28 noyabr

"Herta" (Almaniya) - "Qəbələ" - 1:0

Qol: Kiprit, 24-p.

11-ci dəqiqədə Əli Sadıxov penaltidən yararlana bilməyib.

Hakimlər: Ferens Karako, Tibor çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)

Berlin. "Vurfplats" stadionu

İlk oyun – 3:1

"Herta": 12. Florian Palmovski, 9. Cesik Nqankam (k), 11. Dennis Yastrjembski, 15. Luka Naumann, 20. Rensdorf-Yeboa Köniqsdorfer, 24. Matias Kastrati, 21. Elias Tamim, 31. Soni Ziemer, 35. Florian Krebs, 36. Muhammed Kiprit, 37. Panzu Ernesto
Ehtiyat oyunçular: 1. Luis Klatte, 8. Yonas Mixelbrink, 10. Miralem Ramiç, 14. Rouen Vertmüller, 16. Pol Kryuqer, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext
Baş məşqçi: Mihael Hartmann

"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Məhəmməd Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Fərid İsgəndərov, 16. Veysəl Rzayev, 18. Nicat Oruclu
Baş məşqçi: Emin İmaməliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest