"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. Matç.az saytının məlumatına görə, "qırmızı-qaralar" sabah çempionlar yolunun II mərhələsinin cavab matçında Almaniyanın "Herta" klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq.

Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub.

Hazırlıq prosesi sabahkı matçın keçiriləcəyi "Vurfplats" stadionunda gerçəkləşib.

Bununla da "Qəbələ" Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb. 

Xatırladaq ki, sabah Berlində baş tutacaq "Herta" – "Qəbələ" matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest