Türkiyənin "Fənərbaxça" klubu məşqləri bərpa edir.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Fənərbaxça" mayın 4-dən klubun bazasında məşqlərə başlayacaq.
 
Klubdan verilən məlumatda, futbolçuların hələlik 4 nəfərlik qruplar halında məşq edəcəkləri bildirilib.
 
Koronavirus pandemiyasına görə dayandırılmış Super Liqanın iyunda bərpa olunacağı gözlənilir. Bundan əvvəl "Dənizlispor", "Beşiktaş", "Göztəpə" və "Kasımpaşa" da məşqləri bərpa etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest