Futbol üzrə İtaliya A Seriyasında çıxış edən klubların rəhbərliyi video-konfrans formatında görüş keçiriblər.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, elita təmsilçiləri koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.
 
A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş toplantıda bütün klublar çempionatın davam etdirilməsinə səs veriblər.
 
Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest